İran OPEK+ ölkələrinin iclasından imtina etdi

İran 23 iyunda OPEK+ ölkələrinin iclasında iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijar Nəmdar Zəngani deyib. O, görüşün keçiriləcəyi Vyana şəhərinə 22 iyunda gedəcəyini və burada yalnız OPEK üzvləri ilə görüş keçirəcəyini bildirib.
Zəngani OPEK+ ölkələrinin iclasına qatılmayacağını söyləyib. Nazirin sözlərinə görə, OPEK neftin hasilatının artırılmasıyla bağlı ortaq nəticəyə gələ bilməyəcək.
Qeyd edək ki, 23 iyunda keçiriləcək iclasda OPEK+ ölkələri neft hasilatının müvəqqəti artırılması məsələsini müzakirə edəcəklər.
www.anews.az
























