Bu müsəlman ölkənin lideri yenidən İrəvana gəlir

Ermənistan Baş naziri Nikol Paşinyan Livanın Ermənistandakı səfiri Maya Daqeri ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Tərəflər Ermənistan-Livan münasibətlərini müzakirə ediblər. Daqeri həmçinin Livan Prezidenti Mişel Aunun İrəvanda keçiriləcək Frankfoniya sammitinə qatılacağını bildirib.
Qeyd edək ki, Frankfoniya sammiti oktyabrda İrəvanda keçiriləcək. Tədbirə dünyanın bir sıra liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun qatılması gözlənilir.
Aun sonuncu dəfə Ermənistana cari ilin fevralında gəlib.
www.anews.az
























