Baş nazir qız övladı dünyaya gətirdi

Yeni Zellandiya Baş naziri Casinda Ardern övlad dünyaya gətirib.
Axar.az xəbər verir ki, 37 yaşlı Ardernin qız övladı doğulub. Doğuşdan sonra 6 həftəlik analıq məzuniyyətinə ayrılan Ardernin səlahiyyətlərinin müvəqqəti icrası onun müavini Vinston Petersə tapşırılıb.
Qeyd edək ki, Ardern bununla vəzifə başındaykən dünyaya övlad gətirən ikinci baş nazir olub. Belə ki, 1990-cı ildə Pakistan Baş naziri Benazir Bhutto da vəzifə başındaykən dünyaya qızı Bəxtiyar Botto Zərdarini gətirib.
www.anews.az
























