• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda qalmaqallı qanun qəbul olundu

Ermənistanda qalmaqallı qanun qəbul olundu
21.06.2018 15:13
Əhalinin narazılığına baxmayaarq, bu gün keçirdiyi plenar iclasda Ermənistan parlamenti ikinci və sonuncu oxunuşda məcburu maliyyələşdirilən pensiyalar haqqında qanuna əlavələr barədə layihəni qəbul edib.

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın maliyyə naziri Atom Cancuqazyana ilk oxunuşdan sonra deputatlar qanun layihəsilə bağlı təklif verməyiblər. 

Qeyd edək ki, son həftələrdə Ermənistanın bəzi rayonlarında pensiya və müavinətlərin artırılması ilə bağlı mütəmadi aksiyalar keçirilib. Etirazçılar Paşinyan hökumətindən pensiyaların ən azı 30 faiz qaldırılmasını tələb ediblər. Lakin hazırkı dövlət büdcəsilə bu tələbi qarşılaya bilməyən Paşinyan 11 iyunda keçirdiyi hökumət iclasında pensiya fondunu əhalinin gəlirlərindən tutulan məcburi ödəmələrlə doldurmaq qərarı verib. Hökumətin məcburi maliyyələşdirən pensiya sistemi qərarına əsasən, 1 iyuldan etibarən 1974-cü il və daha sonra dünyaya gələn erməni vətəndaşları əmək haqqlarının 2,5 fazini pensiya fonduna ödəməlidirlər. Ümumilikdə isə, bu sistemlə fonda gəlirlərin 10 faizi daxil olacaq, lakin onun 7,5 faizini dövlət özünə götürəcək. Paşinyan hətta bildirib ki, gələcəkdə pensiya fondu üçün əhalinin gəlirlərindən tutulacaq məbləğ maaşlarının 5 faiz həcminə qaldırılacaq. 

Paşinyanın qərarına etiraz olaraq Ermənistanın əmək və sosial məsələlər naziri Mane Tandilyan istefa verib. "Etiraz edirəm” təşəbbüs hərəkatı isə aksiyalar keçirərək bəyan edib ki, Paşinyan hökuməti əhalini maaşlarının bir hissəsindən imtinaya məcbur edir və minimum əmək haqqının qənaətbəxş olmadığı Ermənistanda bu qanunun qəbulu az maaş alan gənclərə daha çox təsir edəcək. 

Erməni KİV-ləri parlament trəfindən təsdiqlənən qanun layihəsinin yeni etirazlar doğuracağını istisna etmirlər. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol