• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan koalisiya hökumətinin anonsunu verd

Ərdoğan koalisiya hökumətinin anonsunu verd
21.06.2018 20:16
Türkiyədə keçiriləcək 24 iyun prezident və parlament seçkilərilə bağlı sorğuların nəticəsi göstərir ki, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) 600 mandatlı parlamentdəki çoxluğunu itirə bilər.
 
AzVision.az "Reuters”ə istinadən xəbər verir ki, bir sıra investorlar seçkilərdən sonra Türkiyədəki siyasi proseslərin dalana dirənəcəyindən narahatdır. AKP parlamentdəki üstünlüyü qorub saxlaya bilməsə, hökumətin formalaşdırılmasında çətinlik yarana bilər. 

Lakin Ərdoğan bu məsələdə heç bir problemin olmayacağına əmin edərək, koalisiya hökumətinin anonsunu verib. 

"Əgər 300-dən az yer qazansaq, o zaman koalisiya üçün axtarışa çıxacağıq” – deyə Ərdoğan bildirib. Lakin onun fikrincə, AKP-nin parlament çoxluğunu itirmə ehtimalı olduqca azdır. 

Ərdoğanın partiyası ilə "Cumhur İttifaqı” quran Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bundan əvvəl bəyan etmişdi ki, əgər AKP ilə MHP parlamentdə çoxluq qazana bilməsələr, yeni seçkilər keçirilə bilər. Müxalif Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə koalisiya təklifini rədd edib. 

Qeyd edək ki, AKP Türkiyədə hakim partiya olduğu 16 il ərzində parlamentdəki üstünlüyünü qoruyub saxlayıb. Yalnız 2015-ci ilin iyun seçkilərində AKP çoxluq qazana bilməyib. Lakin o zaman koalisiya hökuməti formalaşdırmaq mümkün olmadığından noyabrda təkrar parlament seçkiləri keçirilib və partiya deputat yerlərinin sayına görə yenidən lider olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol