• $
  • €
  • ₽
  • ₺
  • £

Bioloji yanacaqla işləyən ilk avtobus - Fotolar

Bioloji yanacaqla işləyən ilk avtobus - Fotolar
22.11.2014 22:20

Bioloji yanacaqla işləyən ilk avtobus Britaniyada şəhərlərarası xəttdə istismara verilib.

ANN.Az Publika.az-a istinadən xəbər verir ki, "Fekalobus" adı verilmiş avtobus Bristol şəhərilə Bath şəhəri arasında sərnişin daşımaları həyata keçirəcək.

Qeyd edək ki. avtobus ekoloji cəhətdən təmiz sayılan biometan qazı ilə işləyir. Bu qaz isə insan nəcisi və yemək tullantılarının emalı nəticəsində hasil olunur. 40 sərnişin yeri olan “Fekalobus” 1 balon biometan qazı ilə 300 km məsafəlik yolu qət edə bilir. Bu həcmdə qazın alınması üçün 5 adamdan 1 il ərzində toplanan nəcis kütləsi bəs edir.

Bristol-Bath marşrutu ilə sərnişin daşıyan "fekalobusları" Bath Bus Company şirkəti işlədəcək.

Hər il bu marşrutdan 10 min sərnişin istifadə edir.

BBC-nin verdiyi xəbərə görə, biometan qazı Avonmouth ərazisində yerləşən "Wessex Water" şirkətinin törəmə qurumuna məxsus sutəmizləyici qurğularda istehsal olunur.

Nəcis və tullantılardan qazın hasil edilməsi üçün anaerob bakteriyalar vasitəsilə "biokütlə metan fermentasiyası" prosesindən keçirilir. Həmin proses zamanı nəcis və yemək tullantılarından əmələ gələn metan emal olunur və təmizlənir. Avonmouth mərkəzində hər il təxminən 75 milyon kubmetr nəcis və 35 min ton ərzaq tullantısı emal olunur. Bu tullantı kütləsindən ətraf ərazilərdə yerləşən 8 300 evi qazla təmin etməyə imkan verən 17 milyon kub metr biometan qazı hasil olunur.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol