Melaniya Trampın “acığına” fləşmob

ABŞ-ın birinci xanımı Melaniya Trampın miqrantlarla görüş üçün Texasa səfər zamanı geyindiyi "Mənim vecimə deyil, bəs sizin?” yazılı gödəkçəsinə etiraz olaraq, sosial şəbəkədə tanınmış simalar fləşmob keçiriblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Daily Mail” nəşri məlumat yayıb.
Tanınmışlar geyindikləri gödəkçələrlə bəyan ediblər ki, "onların vecinədir”. Onlar arasında 15 yaşlı aktrisa Cenna Orteqa da olub.
"Radio Disney Music Awards” mükafatının təqdimetmə mərasimində qız üzərində "Mənim vecimədir və sənin də vecinə olmalıdır” sözləri yazılmış gödəkçə ilə şəkil çəkdirib. Aktrisa deyib ki, o, miqrantların uşaqlarının taleyindən narahatdır.
www.anews.az
























