Ayı kamera arxasına keçdi - FOTO

Kanadaya aid olan ingilis Kolumbiyasında maraqlı hadisə baş verib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Kootenay Milli Parkında bir ayı kamera arxasına keçib. Fotoqraf Cim Lourens parkda təbiət fotoşəkilləri çəkdiyi vaxt ayı yavaş yavaşca fotoaparata yaxınlaşıb. Başına problem açacağından qorxan Lourens dərhal aparatın yanından uzaqlaşıb. Ayı isə kamera arxasına keçib və üzünə çevrilən obyektivin arxasında nə olduğuna bir müddət baxıb.Daha sonra ayı uzaqlaşaraq meşəyə üz tutub.ANN.Az

























