Kütləvi məzarlıq tapıldı

Fil Dişi Sahili Respublikasının Ədliyyə naziri Jnenema Coulibaly 2010-2011-ci ildəki hadisələrdə ölən 800 adamın cəsədini tapdıqlarını açıqlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Coulibaly ölkəsinin mətbuatına verdiyi açıqlamada həmin illərdə yaşanan hüquq pozuntularına dair işləri davam etdirdiklərini bildirib:"Abidjanda kütləvi məzarlıq tapılıb. Orada təxminən 800 cəsəd çıxarılıb. Şəhərin şimalındakı Epolo bölgəsində və ölkənin qərbində da axtarış işləri gedir".Qeyd edək ki, ölkədə 2010-cu il 28 noyabr tarixində prezident seçkilərində məğlub olan Gbagbonun bütün beynəlxalq çağırışlara baxmayaraq vəzifəni seçkinin qalibi Alassane Ouattaraya təhvil verməməsi siyasi böhrana gətirib çıxarmışdı. Gbagbo 2011-ci ildə noyabr ayında Fil Dişi Sahili səlahiyyətliləri tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilmiş və iyunda mühakimə qərar verilmişdi. Böhran müddətində meydana gələn şiddətli hadisələrdə 3 mindən çox adam ölmüşdü.ANN.Az
























