• $
  • €
  • ₽
  • ₺
  • £

“Journal Tribune”: Ermənistan məsuliyyətə cəlb edilə bilər

“Journal Tribune”: Ermənistan məsuliyyətə cəlb edilə bilər
21.11.2014 18:55
“Ermənistan yalnız beynəlxalq sənədləri yerinə yetirməklə qalmır”.Ermənistan məsuliyyətə cəlb edilməlidir.ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Amerika nəşri “Journal Tribune”da Qarabağ münaqişəsinə həsr edilən mövzuda bildirilib. “Ermənistan yalnız ondan Azərbaycan ərazilərindən qoşunlarını çıxarmağı tələb edən beynəlxalq sənədləri yerinə yetirməməklə qalmır, üstəlik Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsi istiqamətində təxribat aparır”, - məqalədə qeyd edilib.Müəllif yazır ki, Ermənistan Azərbaycan ərazisinin qanunsuz işğalına davam edir, 12 noyabrda isə hərbi təlimlər zamanı Ermənistan HHQ-yə məxsus hərbi Mi-24 helikopteri qoşunların təmas xətti üzərində uçuş keçirib, bu isə helikopterlərdən birinin məhv edilməsi ilə nəticələnib. “Azərbaycan hərbçiləri daxili və beynəlxalq qanunlar və məsuliyyətlə hərəkət edərək, Azərbaycanın hava məkanına qanunsuz daxil olan helikopteri məhv ediblər”, - məqalədə qeyd edilib. Daha sonra qeyd edilir ki, 1994-cü ildə Ermənistanın imzaladığı atəşkəs haqqında Razılaşmaya əsasən, münaqişə zonasından bütün ağır hərbi texnika çıxarılmalıdır. Amma Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq və hərbi işğala son qoymaq haqqında bütün çağırışları qulaq ardına vurur. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladı. Dağlıq Qarabağ və yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycan ərazisinin işğalı nəticəsində ölkənin milyona yaxın vətəndaşı məcburi köçkün və qaçqın vəziyyətindədir.1994-cü ilin may ayında tərəflər atəşkəs haqqında razılığa gəliblər, həmin dövrdən Rusiya, Fransa və ABŞ vasitəçiliyi ilə heç bir nəticə verməyən sülh haqqında uğursuz danışıqlar gedir. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərin azad edilməsinə dair bəyannamələr Ermənistan tərəfindən yerinə yetirilmir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol