ABŞ İraqa 1500 hərbçi göndərir

ABŞ Müdafiə Nazirliyi İraqa göndərilmək qərarı verdiyi 1500 əsgərdən bir hissəsinin qarşıdakı bir neçə həftə içində yola düşəcəyini açıqlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Pentaqon sözçüsü Con Kirbi 1500 ABŞ əsgərinin İŞİD-lə mübarizədə İraq ordusuna təlim keçib köməklik edəcəyini deyib. Bu əsgərlərin ABŞ Konqresinin İraq missiyasına istiqamətli yeni büdcəni təsdiqləməsini gözləmədən İraqa gedə biləcəyini söyləyib. O, Pentaqonun İraqdakı ABŞ missiyasını genişləndirməsi üçün Konqresdən yeni büdcə təsdiqinə ehtiyacı olduğunu da vurğulayıb.ABŞ-ın İraqa göndərəcəyi 1500 əsgərin 630-u rəhbərlik və yardım missiyasını yerinə yetirəcək. 870-i isə təlim missiyasına daxil olacaq. 2011-ci ildə İraqdan geri çəkilən ABŞ-ın bu ölkəyə geri göndərdiyi əsgər sayı da 3 minə çatacaq.ANN.Az
























