• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanı bu 25 ailə idarə edir – Yeni reytinq

Dünyanı bu 25 ailə idarə edir – Yeni reytinq
28.06.2018 13:00
"Blumberq” agentliyi dünyanın 25 ən zəngin ailəsinin adını açıqlayıb.

Axar.az xəbər verir ki, agentlik bu ailələrin ümumilikdə 1,1 trilyon dollar varidata sahib olduğunu bildirib. Yeni reytinq cədvəlinə Uolton ailəsi rəhbərlik edib. Dünyadakı 12 min "Volmart” supermarket şəbəkəsinin sahibi olan ailənin sərvətinin 151,5 milyard dollar olduğu vurğulanıb.

İkinci yerdə Çarlz və Devid Kox qərarlaşıb. Onların sərvəti 98,7 milyard dollar təşkil edib. İlk üçlüyü Frenk Marsın varisləri tamamlayıb. "Mars” konditer şirkətinin rəhbəri olan ailənin sərvəti 89,7 milyard dollardır.

"Blumberq”in hazırladığı reytinq cədvəlində həmçinin Van Damm, De Mevius və De Şpelberx ailəsi də yer alıb. Belçikadan olan ailə "Anheuser-Busch InBev” pivə şirkətinə rəhbərli edərək 54,1 milyard dollar sərvətə sahibdir. Belçikadan olan Düma ailəsi isə Hermes Modalar Evinə rəhbərlik sayəsində 49,2 milyard dollar qazanıb.

Reytinq cədvəlinə Hindistanın "Reliance Industries” ($43,4 milyard dollar) holdinqinin rəhbəri Ambani ailəsi, Almaniyanın "Aldi” supermarketlər şəbəkəsinin rəhbəri olan Albrext ailəsi (38,8 milyard dollar), Fransanın "Auchan” supermarketlər şəbəkəsinin rəhbəri Mulye ailəsi (37,5 milyard dollar) və "Samsunq”un yaradıcısı Çxol ailəsi (30,9 milyard dollar) də düşüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol