Tramp Ağ Evdəki dəlidir - Donohyu

ABŞ-ın Nyu York ştatının ən böyük həmkarlar ittifaqının sədri Denni Donohyu Donald Trampı Hitler, Mussolini və Stalinlə müqayisə edərək, Ağ Ev rəhbərinin hətta onlara məsləhət verə biləcək səviyyəyə çatdığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə "Asoşeyted Press” yazıb.
Tramp barədə danışan Donohyu onu "Ağ Evdəki dəli” adlandırıb.
"Əgər onun azadlıq ideologiyası yalnız "mən nə deyirəmsə, onu da edin” fikri ilə məhdudlaşırsa, o zaman mən bu tip insanlar olaraq Hitler, Stalin və Mussolinini tanıyıram. Tramp artıq onlara məsləhət verə bilər”, - sədr bildirib.
www.anews.az
























