İran mümkünsüzü bacardı – Netanyahudan mesaj

Ümid edirəm ki, İran futbol komandasının İsrail yığmasına qarşı azad Tehranda oynayacağını görəcəyəm.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsrail Baş naziri Benyamin Netanyahu paylaşıb.
"Ronaldonu dayandırmağın necə çətin olduğunu təsəvvür edə bilərsinizmi? Mən futbol oynamışam və deyə bilərəm ki, bu, praktik olaraq mümkünsüzdür. İran komandası mümkünsüzü etdi. İran xalqı futbol meydançasında cəsarət göstərdi.
İranın çoxlu problemləri var. Bunların arasında hava çirklənməsi, su çatışmazlığı, terrora xərclənən milyardlarla vəsait var. İran hökumətinin sizin pullarınızı Suriya, Yəmən və Yaxın Şərq müharibələrinə xərclədiyi pullar yerinə İranın problemlərinin həllinə yönəltməsini təsəvvür edə bilərsinizmi? Bu, problemlərin hamısının həlli İran xalqıdır. Buna görə də mən dağıdıcı zəlzələlərdən əziyyət çəkən iranlıların həyatının xilası üçün tibbi yardım təklif etdim. Buna görə də Teleqramda fars dilində kanal açdım ki, İran fermerlərinə suyu qoruyub saxlamağı öyrədə bilim. Mən İran xalqı ilə sülh cəhdlərindən imtina etməyəcəyəm. Ümid edirəm ki, İran futbol komandasının İsrail yığmasına qarşı azad Tehranda oynayacağını görəcəyəm. Həmin gün uduzan olmayacaq” – deyə o bildirib.
www.anews.az
























