• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan erməni ordusunu ifşa etməyə hazırlaşır

Paşinyan erməni ordusunu ifşa etməyə hazırlaşır
28.06.2018 19:48
Ermənistan baş naziri Nikol Paşinyan məmur övladlarından kimlərin və hansı səbəbdən ordudan yayındığını müəyyən etmək niyyətindədir. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Jixovurd” nəşri məlumat yayıb. 

Bildirilib ki, bu günlərdə keçmiş hökumətin bir çox üzvləri təşviş içindədir. 

"Onlar obyektiv və subyektiv səbəblərə görə öz vaxtlarında oğullarını ordudan azad ediblər. İndi isə onlar öz qanunsuz əməllərini ört-basdır etmək niyyətindədir”, - nəşr yazıb. 

Qeyd edilib ki, Paşinyan məsələ ilə bağlı araşdırmalar aparılması tapşırığını verib. 

Nəşrin məlumatına görə, yaxın günlərdə araşdırmaların nəticələrinin açıqlanması gözlənilir. 

Ordudan yayınanlar arasında Respublika partiyasından olan deputatlar Aşot Arsenyan və general Seyran Saroyanın, "Tsarukyan” blokundan olan deputatlar Sergey Baqratyanın, Sünik rayonun sabiq qubernatoru Surik Xaçatryanın övladları da var. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol