İrandan tarixi qərar

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərinə Merivandaki nüvə təsisatlarında yoxlama aparmasına icazə verəcəyi bildirilib.
ANN.Az xəbər verir ki, İranın Press TV telekanalının verdiyi xəbərə görə, İranın MAQATE-də daimi nümayəndəsi səfir Rza Nəcəfi ölkəsinin beynəlxalq müfəttişləri "könüllü olaraq" təsisata girişinə icazə verəcəyini açıqlayıb.2011-ci ildə İranın nüvə proqramına bağlı yayılan hesabatda ölkənin qərbində yerləşən Merivandakı obyektin böyükmiqyaslı partlayış təhlükəsi olan təcrübələr aparıldığı iddiaları yer almış, Tehran rəhbərliyi isə iddiaları "əsassız və uydurma" adlandıraraq rədd etmişdi.ANN.Az























