Rusiyadan daha bir qorxulu raket

R-30 "Bulava" qitələrarasl ballistik raketi Rusiya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilib.
BiG.AZ-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, raketin bir sıra uğurlu sınaqlardan keçməsindən sonra mümkün olub.
"Bulava" 1990-cı illərin ortalarından hazırlanır. Raketin konstruktorları Yuri Solomonov və Aleksandr Suxodolskidir.
"Bulava" 6 ədədək fərdi tuşlama hərbi bloku daşıya bilər və 955 "Borey" layihəli atom sualtı qayıqlar üçün nəzərdə tutulub.
www.anews.az
























