Məşhur şirkət iflasa uğradı

Almaniyanın 75 illik televiziya və elektron əşya istehsalçısı "Metz" şirkəti iflasını elan edib. ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, "Metz" xüsusilə televiziya sektorundakı güclü rəqabətdən böyük ziyanla çıxmışdı. Şirkətin 540 işçisi iflas xəbərini mətbuatdan öyrənincə məyus olub. İşçilər ötən ildən bu yana firmanın iqtisadi böhranını nəzərə alaraq maaşlarına artım edilməsindən imtina etmişdi. Almaniya və dünyada keyfiyyətin ünvanı olaraq göstərilən "Metz" firması 1938-ci ildə Paul Metz tərəfindən qurulmuşdu. Radio, maqnetik lentli maqnitofon cihazları və televiziya istehsalı sahəsində uğurlar qazanan firma 1950-ci ildə fotoaparat aksessuarı istehsalına keçdi.ANN.Az
























