• $
  • €
  • ₽
  • ₺
  • £

Türk İŞİD-çiyə ərə gedən hollandiyalı qız danışdı - FOTO+VİDEO

Türk İŞİD-çiyə ərə gedən hollandiyalı qız danışdı - FOTO+VİDEO
21.11.2014 14:19
"Hər şeyimi verdim, amma məni istifadə edib atdı" - gənc qız belə bir adım atdığına görə çox peşmandır.Türk İŞİD-ci ilə evlənmək üçün Hollandiyadan Suriyaya qaçan və anasının sayəsində İŞİD əsarətindən qurtulan Sterlina (islamı qəbul etdikdən sonra ona Ayşa adını vermişdilər - red.) ölkəsinə dönüb. Amma Hollandiya polisi onu nəzatərə alıb. Xatırladaq ki, onun anası qızının arxasınca 2 dəfə təhlükəli yollarla Suriyaya getmiş, birinci dəfə qızını tapıb onu geri qaytarmağa müvəffəq olmasa da, ikinci dəfə qızı anası ilə vətənə dönməyə razılıq vermişdi. Onlar Suriyadan Türkiyəyə keçə bilsələr də, Türkiyədən Hollandiyaya getməkdə çətinlik çəkmiş, 2 həftə sərhəddə qalmalı olmuşdular. Çünki Sterlinanın pasportunun müddəti bitmişdi. Yeri media bu məsələni qaldırdıqdan sonra Hollandiya Xarici İşlr Nazirliyinin köməyi ilə ana-qız ölkələrinə dönə bilmişdilər. Amma ölkəyə çatan kimi - "Amsterdam Schipol" aeroportundan enər-enməz Sterlina həbs olunub, anası isə sərbəst buraxılıb. Hazırda o, Suriya ilə bağlı ifadə verir. İlkin məlumatlara görə, Sterlina İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka şəhərində yaşayıb. Hollandiya kəşfiyyatı bu qızı önəmli bir kəşfiyyat qaynağı hesab edir və əgər onun Hollandiyada hər hansı bir terror planı ilə əlaqəsi tapılarsa, o, həbs olunacaq. Hollandiya mediasınını yazdığına görə, gənc qız ilkin ifadəsində "Yılmaza inandım. Onun üçün hər şeyimdən keçdim. O isə məni istifadə edib atdı".Məlum olub ki, türk İŞİD-çi Yılmaz qızla sadəcə 3 ay evli qalıb. Daha sonra qızə zorla  başqa bir tunisli İŞİD-çi ilə evləndiriblər. Bundan sonra facebook vasitəsilə anasına mesaj yazmağa imkanı olan qız "məni qurtar, bura cəhənnəmdir" - yalvarıb. Bu xəbər mediada yayımlanandan sonra İŞİD-çi Yılmaz da üzə çıxıb. O, mobil telefonundan BBC müxbirinə belə bir açıqlama-mesaj yollayıb: "Əslində Sterlina başqa bir İŞİD-çi ilə evlənəcəkdi. Amma o, gəlib çıxana kimi həmin adam öldü və Sterlina ilə mən evlənmək zorunda qaldım. Sonra bir-birimizə uyğunlaşa bilmədik və ayrıldıq".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol