Çində avtobus qəzası - 18 ölü

Çinin Xunan əyalətində sərnişin avtobusunun yarımqoşqulu avtomobillə toqquşması nəticəsində qəza baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində azı 18 nəfərin öldüyü bildirilir. Məlumata görə, daha 14 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisə avtomobil yolunun Pekin-Honqkonq hissəsində baş verib. İlkin ehtimala görə, qəzaya səbəb avtobusun qəfildən yoldan çıxması, qarşı tərəfin yoluna keçməsi olub.
www.anews.az
























