• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş səfirin oğlu güllələndi – Dəhşətli qətl

Keçmiş səfirin oğlu güllələndi – Dəhşətli qətl
01.07.2018 12:19
Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğlu Teodor Çeran şənbə gününə keçən gecə güllələnib.
Anews.az teleqraf.com-a istinadən bildirir ki, onu qətlə yerən şəxs saxlanılıb.
"İyunun 30-na keçən gecə paytaxtın Buyukan sektorundakı evlərdən birində atəş səsi eşidildiyi barədə polisə məlumat daxil olub. Hadisə yerinə gedən polislər 30 yaşlı kişinin meyitini aşkar ediblər. O, aldığı 3 güllə yarasından keçinib. Qətli törətməkdə şübhəli bilinən 32 yaşlı şəxs saxlanılıb”, – Moldava polisinin məlumatında bildirilir.
Hüquq-mühafizə orqanları müəyyən edib ki, qətlə yetirilən 30 yaşlı Teodor Çeran siyasətçi, Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğludur.
Hadisə yerindən qanuni saxlanılan tapança aşkar edilib. Şübhəli şəxs 72 saat müddətinə həbs edilib. Faktla bağlı "Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.
Qətli törətməkdə şübhəli bilinən şəxsin Çeranın qonşusu olduğu bildirilir. Onlar şübhəli şəxsin mənzilində olublar və qətl də orada baş verib. Saxlanılan zaman təqsirləndirilən şəxsin içkili olduğu müəyyən edilib.
Günahı təsdiqlənərsə, təqsirləndirilən şəxsi 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol