Rusiya S-400-lər üçün raketi sınaqdan keçirdi

Rusiya S-400 zenit raket kompleksi üçün 40H6 raketini sınaqdan keçirib.
anews.az xəbər verir ki, bununla bağlı TASS agentliyi müdafiə-sənaye kompleksindəki mənbəyə istinadla məlumat yayıb.
Sınaq uğurla başa çatıb. İşlər Kapuntin Yar poliqonunda aparılıb.
Mənbənin sözlərinə görə, raket yayın sonunadək silahlanmaya daxil edilə bilər.
www.anews.az
























