Ermənistanın sabiq müdafiə naziri axtarışa verilib

Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Arutyunyan 2008-ci ildə prezident seçkiləri ilə əlaqədar keçirilmiş etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.
Bundan əlavə, keçmiş nazir konstitusion rejimin devrilməsinə cəhddə təqsirli bilinir.
Qeyd edək ki, M.Arutyunyan 2007-2008-ci illərdə Ermənistan müdafiə naziri vəzifəsində işləyib.
www.anews.az
























