Kennedi: Rusiya bunu etsə, amansız olacağıq

Əgər Rusiya ABŞ-dakı noyabr seçkisinə (Konqresə keçirilən seçki – red.) müdaxilə etməyə cəhd etsə, ABŞ tərəfi "əjdaha qanunları” qəbul etməyə məcbur olacaq.
Axar.az xəbər verir ki, bunu "Kommersant” qəzetinə müsahibəsində amerikalı senator Con Nili Kennedi deyib.
"Biz Rusiyanın belə addımına sərt və amansız cavab verəcəyik. Bizim reaksiyamızın sərtliyi Rusiyanın davranışlarından asılı olacaq”, – deyə o bildirib.
www.anews.az
























