Ərdoğanın mal varlığı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mal varlığı açıqlanıb.
"A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkinin son nəticələriylə birlikdə Ərdoğanın mal varlığı da yayımlanıb. Dərc edilən məlumata görə Ərdoğanın 6 milyon 347 min lirə nağd pulu var.
Ərdoğanın mal varlığına ötən il Üsküdar Kısıklıdakı 4 milyon TL-lik iqamətgahı da əlavə edilib.
Beləliklə, Türkiyə prezidentinin bankda və əlində olan nağd pulun 6 milyon 347 min 760 TL olduğu bildirilib. Amma Ərdoğanın Mehmet Gür adlı iş adamına 2 milyon TL borcunun olduğu da qeyd edilib.
www.anews.az
























