Türkiyədə İŞİD üzvü olan azərbaycanlı tutulub

Türkiyədə İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.
AzVision.az-ın məlumatına görə, Yalova polisinin keçirdiyi əməliyyat zamanı terror təşkilatının 11 üzvü saxlanılıb.
Saxlanılanlardan 9-ü Türkiyə, 1-i Azərbaycan, digəri isə Misir vətəndaşıdır.
Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı isə oradan odlu silah, hətta partlayıcı qurğular müsadirə olunması barədə bildirilir.
www.anews.az
























