Şortik geyindi, universitetdən qovuldu

Türkiyədə Sakarya Universitetinin tələbəsi Betül Ceylana şort geyinmək qadağan edilib.
BiG.AZ xəbər verir ki, bu barədə o özü məlumat verib. 20 yaşlı tələbə qız geyiminə görə universitet rəhbərliyi ilə problem yaşayıb:
"Mənim şort geyinməyimi əsgərlərimizin qanına, şərəfinə, namusuna bağladılar. Geyimimdən narahat olduqlarını bildirdilər və geyim mövzusunda azad haqqa sahib olmadığımı dedilər. Axmq düşüncələriniz sizin olsun deyib universiteti tərk etdim".
www.anews.az
























