• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlara “əlöpmə” qadağası

Deputatlara “əlöpmə” qadağası
09.07.2018 17:27
Türkiyədə "əlöpmə” qalmaqalı səngimək bilmir.

Oxu.Az-ın xəbərinə görə, belə ki, yeni çağırış Türkiyə Böyük Millət Məclisinin (MM) ilk iclasında-andiçmə mərasimində bəzi keçmiş MHP-li, indiki "İYİ Parti”li millət vəkillərinin eks rəhbərləri-MHP genəl başqanı Dövlət Baxçalının əlini öpmələri, onun qarşısında təzim etmələri adıçəkilən partiyanın lideri, prezidentliyə sabiq namizəd Meral Akşənərin sərt təpkisinə səbəb olub.

O, bununla bağlı hətta, rəsmi açıqlama da yayıb və bu cür hərəkət edənlərin bundan sonra  "İYİ Parti”də yer olmayacağının siqnalını verib.

"Mən siyasi nəzakəti çox yaxşı bilirəm. Ancaq bu hərəkətlər siyasi nəzakət deyil.

Partiyamıza "FETÖ”-çü, "ipsiz-sapsız” deyən və hətta, partiyamızın liderinin namusuna dil uzadanlara belə hörmət, ehtiram göstərmək siyasi nəzakət deyil.

Bizim dəyərlərimizə sadiq qalanlar yanımızda yer ala bilər. Bu dəyərləri bölüşməyənlər isə dərhal "İYİ Parti”ni tərk etsin”-deyə, o, bəyan edib.

Qeyd edək "İYİ Parti” Mərsin millət vəkili Hayati Arkaz TBMM-də Baxçalının əlini öpmüş, İzmir millət vəkili Müsavat Dervişoğlu, İstanbul millət vəkili Koray Aydın və başqa bir deputat isə MHP liderinin qarşısında əyilərək, onun əlini sıxmışdılar.

Bu da iki partiya arasında xoş olmayan münasibətləri daha da gərginləşdirib.

Eyni zamanda, sosilal şəbəkə istifadəçiləri olan "İYİ Parti”lilər 4 millət vəkilinin son addımlarına sərt münasibətlərini bildirib, onların partiyadan istefa vermələrini tələb edirlər.

Hələlik yaşananlarla bağlı MHP-dən və Baxçalıdan reaksiya gəlməyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol