• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda hərbi çevriliş planı

İrəvanda hərbi çevriliş planı
19.11.2014 18:14
Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün İrəvanda ATƏT sədrinin Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. ANS PRESS-in məlumatına görə, söhbətin mövzusu vurulmuş Ermənistan helikopteri olub. Dünən Seyran Ohanyanın məsələni ABŞ-ın Ermənistandakı səfiri Con Heffern ilə müzakirə etməsi bir sıra ekspertlər tərəfindən Seyran Ohanyanın Qərblə yaxınlaşaraq Ermənistanda oyunların əsas aktyoruna çevrilmək cəhdi kimi dəyərləndirilir. Heffernlə görüşdə Ohanyan vurulmuş helikopterin heyət üzvlərinin cəsədinin qaytarılması üçün beynəlxalq səylərin koordinasiyasından danışıb. Daha öncə isə Seyran Ohanyan NATO ilə fəal danışıqlar aparıb. Göründüyü kimi, Seyran Ohanyan hakim “Qarabağ” klanında tərəfdaşı olan Serj Sarkisyandan fərqli olaraq çıxış yolunu NATO-ya meyldə görür. Böyük ehtimalla, Ohyanyan Ermənistanda hakimiyyətə gəlmək istəyir və bunun üçün Qərbin dəstəyini almaq istəyir.“Qarabağ” klanının təmsilçisi Robert Koçaryanın təcrübəsi göstərir ki, Ermənistanda hakimiyyəti ələ keçirməyin bir yolu var - hərbi çevriliş. Koçaryan hakimiyyətə o vaxtkı təhlükəsizlik naziri Serj Sarkisyanın təşkil elədiyi hərbi çevriliş yolu ilə gəlmişdi və bu işdə ona klana bağlı Ermənistan ordusu dəstək vermişdi. Əslində, Seyran Ohanyanın hərbi çevriliş edərək Qərb yolu tutması üçün bir çox səbəblər var. Yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının üzvü olmaqla Ermənistan SSR-in 1922-ci il dekabrın 22-də SSRİ-yə üzv olmaqla atdığı addımı təkrarlayacaq. Daha sonra Ermənistan ordusunun demontajı başlayacaq. Yəni Seyran Ohanyan avtomatik olaraq işsiz qalacaq. Əgər Rusiya bir az da irəli gedib Azərbaycanı Avrasiya İttifaqına cəlb edərsə, Bakıda ali hərbi təhsil almış şuşalı hərbçi üçün vəziyyət çox çətin olacaq. Rusiya Azərbaycanı razı salmaq üçün Xocalı soyqırımının bu əliqanlı təşkilatçısını cəzalandırmalı olacaq. Mayor Ohanyan o vaxt bu soyqırımı həyata keçirmiş 366-cı polkun 2-ci batalyonunun komandiri idi. Ohanyanın soyqırıma rəhbərlik etdiyi bir çox erməni müəlliflərinin xatirələrində yer alıb. Təbii ki, bu faktlar qarşısında Moskva Ohanyanı ömürlük həbsdə çürütməli olacaq. Amma Ermənistan hərbi çevriliş yolu ilə orientasiyasını dəyişərsə, Qərb yolu tutarsa, bütün bu ssenari baş tutmaz. Qərbin dəstəyi ilə Ermənistan status-kvonu saxlayaraq, münaqişənin dondurulmasına nail olar və Seyran Ohanyan da vəzifəsini prezident kürsüsündə davam etdirər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol