Qadın siyasətçi bu cür təhqir olundu - VİDEO

Ukraynada qərbpərəst bir qrup şəxs rus siyasətçi İrina Komissara hücum edib. Təhqiredici hərəkətləri kameraya çəkərək sosial şəbəkədə paylaşıblar
ANN.Az xəbər verir ki, hadisə Ukraynanın cənub şərqindəki Zaporozhye şəhərində baş verib və bir qrup maskalı adam rus qadın siyasətçinin üzərinə yağ və ardınca toyuq tükü töküblər. Daha sonra isə hadisə yerindən uzaqlaşıblar.
İrina Komissar 31 yaşı var və yerli məclis üzvü olub. Hadisəni mobil telefonun kamersının yaddaşına köçürən təcavüzkarlar "Səhv yolda gedənləri gözləyən budur" deyə qışqırdıqdan sonra "Zəfər Ukraynanın" şüarını səsləndiriblər.ANN.Az
























