ABŞ-da "Facebook"a qarşı istintaq başladı

ABŞ Daşınan əmlak və Birja Komissiyasının (SEC) məlumat sızıntısı qalmaqalı ilə bağlı müraciətinə əsasən "Facebook”a qarşı istintaqa başlanılıb.
A24.Az xəbər verir ki, "The Wall Street Journal”ın məlumatına görə, "Kembric Analitika” adlı firmanın 87 milyon "Facebook” istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və İngiltərədə həlledici siyasi seçkilərə təsir etmək üçün qanunsuz olaraq istifadə etməsi səbəbilə SEC-in "Facebook”la bağlı araşdırmaya başladığı deyilir.
Həmçinin xəbərdə, "Facebook”un sözügedən sızıntını bildiyi halda investorlara bu barədə xəbərdarlıq etməməsi məsələsinin də araşdırılacağı qeyd olunub.
www.anews.az
























