Avropada ən çox kölə bu ölkədədir

Dünya üzrə təxminən 36 milyon insan modern kölə durumundadır.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Avstraliyadan "Walk Free" adlı təşkilatın apardığı araşdırmaya görə, 167 ölkədə "müasir köləlik" hökm sürür. Cinsi istismardan zorakı evliliyə, zorla işlədilməyə kimi müxtəlif hadisələri əhatə edən "müasir köləliy"in yarıdan çoxu 5 ölkədə yaşanır: Hindistan, Çin, Pakistan, Özbəkistan və Rusiya.Kölələrin ümumi əhaliyə nisbəti baxımından Mavritaniya 1-cidir. Hindistan isə sayca ən çox kölənin yaşadığı ölkədir. Avropa ölkələri arasında köləliyin ən məşhur olduğu ölkələr siyahısında Bolqarıstan başdadır. "Müasir kölə"lərin əhaliyə nisbətinə görə edilən sıralamada Türkiyə 15-ci, Almaniya 21-ci sırada yer alır. HəmçininTürkiyə ümumi say baxımından Avropada ən çox "müasir kölə"nin yaşadığı ölkədir.ANN.Az
























