• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı “Kedicik”lər Türkiyə səfirliyinə müraciət etdilər

Azərbaycanlı “Kedicik”lər Türkiyə səfirliyinə müraciət etdilər
18.07.2018 10:06
Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.

Yenicag.az xəbər verir ki, A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən "Adnan Oktar işi”nə cəlb etsinlər.

Əldə etdiyimiz özəl məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar.

Saytımıza bu məlumatı verən və adının açıqlanmasını istəməyən eks "kedicik” Adnan Oktarın Bakı şəbəkəsi ilə bağlı bəzi mühüm faktlardan da danışıb. O, bildirib ki, şəbəkənin kişi üzvləri üçün imam Ramiq Vəliyev, qadın üzvləri üçün imam isə, onun həyat yoldaşı Aysel Vəliyeva olub. Sonuncu jurnalistdir və Naxçıvan Dövlət Televiziyasının (NTV) əməkdaşıdır.

Adnan Oktar Azərbaycandakı şəbəkəyə nəzarəti isə, yaxın adamı İbrahim Tuncerə tapşırıb. R.Vəliyev şəbəkənin Azərbaycanda genişlənməsi üçün böyük bir proje hazırlayaraq İ.Tuncerdən maliyyə dəstəyi tələb edib. Sonuncu həmin projeni Adnan Oktara təqdim etdikdən sonra şəbəkə Bakının "Milyonerlər məhəlləsi” kimi tanınan keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində iki villa kirayələyiblər: "Mən şəbəkəyə ilk qoşulanlardan idim. Kirayələnən villaların birində biz qalırdıq, digərində oğlan üzvlər. Yalnız gecə yatmağa gedəndə ayrılırdıq, günün başqa saatı demək olar ki, bir yerdə olurduq. İmamlarımız Ramiq Vəliyev və Aysel Vəliyevanı ayda bir dəfə görürdük. Onları çox gözəl insan kimi xarakterizə edə bilərəm. Bizlə çox mədəni rəfdar edirdilər. Xidmətçilərimiz, aşpazlarımız var idi. Bakıda dəbdəbəli parti və konsertlərə gedib şəbəkəyə yeni üzvlər cəlb etməli idik”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol