Şaurmadan zəhərlənənlərin sayı 140-a çatdı

Sibirin Tuva respublikasında qidadan zəhərlənənlərin sayı artmaqda davam edir.
Anews.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə muxtar vilayətin lideri Şolban Kara-ool Feysbuk hesabında yazıb. O, vaxtı keçmiş toyuq ətindən hazırlanmış şaurmadan zəhərlənənlərin sayının 90 nəfərdən 140-a çatdığını bildirib.
Faktla bağlı artıq cinayət işi qaldırılıb. Hadisəyə görə məsuliyyət daşıyan şəxsləri 1 ilədək həbs gözləyir.
www.anews.az
























