Ankaranı vuran FETÖ-çuların səs yazısı

Türkiyədə 2016-cı il 15 iyul tarixində dövlət çevrilişinə cəhdlə bağlı yeni səs qeydi yayılıb.
Publika.az xəbər verir ki, səs qeydi qiyamın ilk anlarını əks etdirir.
Danışıq Quru-Hava Komandanlığının rəhbəri polkovnik-leytenant Məhmət Şahinlə 3-cü İzmir Aviasiya Alayının komandiri polkovnik Murat Dağlı arasında gedir. Şahin sui-qəsd birliklərini daşıyan helikopterin pilotu Dağlıya "Komandirim, supersiniz! Ankarada fəaliyyət başladı. Hər şey planladığınız kimi gedir, qırıcılar indi havaya qalxdı” deyir.
Dağlı isə "Haydı maşallah, haydı maşallah” cavabını verir.
www.anews.az
























