• $
  • €
  • ₽
  • ₺
  • £

Riçard Morninqstar yeni vəzifəyə təyin olundu

Riçard Morninqstar yeni vəzifəyə təyin olundu
18.11.2014 13:22

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar Atlantik Şurasının yeni Qlobal Enerji Mərkəzinin təsisçisi və direktoru təyin olunub.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Şura sabiq səfirlə yanaşı, yeni təsis olunan Qlobal Enerji Mərkəzinin ekspertlər komandasına digər görkəmli şəxsləri də cəlb edib. Belə ki, mərkəzin Məşvərət Şurasının sədri vəzifəsində Beynəlxalq Enerji Məsələləri üzrə sabiq xüsusi nümayəndə və koordinator Devid Qoldvin, mərkəzin ali elmi işçisi vəzifəsində Boru kəmərləri və təhlükəli materiallar üzrə təhlükəsizlik idarəsinin administratoru Sintia Kuortermenn fəaliyyət göstərəcək. Onlarla yanaşı, Atlantika Şurası enerji məsələləri üzrə sabiq katib Deniel Ponmeni və iki dəfə ABŞ səfiri kimi fəaliyyət göstərmiş Karlos Paskalı da Direktorlar Şurasına daxil edib.

Qeyd edək ki, R.Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini bu ilin iyul ayında başa vurub. ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi. R.Morninqstarın bu posta namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülmüşdü və Senatın Xarici əlaqələr komitəsi bu təklifi yekdilliklə bəyənmişdi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol