İŞİD vəhşiliyi: Ata başkəsən oğlunu bağışlamayacaq - FOTO

ANN.Az xəbər verir ki, İŞİD-çilərin başları açıq və heç bir maska taxmadan görüntülənməsi onlardan birinin tanınması ilə nəticələnib. Məlum olub ki, onlardan biri İngiltərədə tibb təhsili görmüş 20 yaşlı Nasser Muthanan-dır. Nasser Muthananın atası "Daily Mail" qəzetinə açıqlamasında bildirib ki, buna görə çox kədərlidir: "Tam əmin deyiləm, amma oğuluma bənzəyir. İnsanları öldürdüyü üçün Allahdan qorxsun. İnsanları öldürüb sonra Allahın hüzuruna necə çıxacaq?". Ata oğlunu heç bir zaman bağışlamayacağını deyib: "Xeyr, ya o, ruhi xəstədir, ya da başqa bir problemi var". Muthana bu ilin iyul ayında İŞİD-in yayımladığı təbliğat videosunda da görülmüşdü. 17 yaşındakı qardaşı Aseel ilə birlikdə Suriyaya gedən Muthana, Suriyada öyrəndiklərini qayıdanda İngiltərəyə qarşı istifadə etmək barədə təhdidlər edib. ANN.Az

























