Kemeron: “Putinə inanmaq olmaz!”

İngiltərə Minsk anlaşmasına əməl etməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır. Musavat.com-un məlumatına görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron Ukrayna ətrafında son duruma münasibət bildirərkən belə deyib.
“Şübhəsiz ki, sanksiyalar bizə də zərbə vuracaq. Ancaq mən bir şeydə əminəm ki, təməl dəyərlərimizin pozuntusunu olduğu kimi saxlamaq uzaq perspektivdə bizə sonsuz dərəcədə baha başa gələcək” - əlavə edib baş nazir.
Kemeron G 20-nin son sammiti çərçivəsində Putinlə görüşü haqda da danışıb: “Mən ona növbəti dəfə izah elədim ki, Ukraynada vəziyyəti gərginləşdirməkdə davam eləmək daha çox sanksiyalar və daha çox təzyiq demək olacaq. O, münaqişəni dondurmağa çalışdığını inkar elədi. Ancaq Putinıə hərəkətlərinə görə qiymət vermək lazımdır, sözlərinə görə yox”.
ANN.Az
























