• $
  • €
  • ₽
  • ₺
  • £

Kosmosda dövlət quran azərbaycanlı milyarder

Kosmosda dövlət quran azərbaycanlı milyarder
23.07.2018 11:38
Kosmosda Yerdən asılı olmayan "Asgardiya” adlı dövlət qurdğunu elan edən azərbaycanlı alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən "Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını "Hürriyət” qəzetinə danışıb.


Virtualaz.org xəbər verir ki, Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyası onun beyninə təxminən 10 il əvvəl gəlib. Lakin bunun üçün torpağa ehtiyac var idi. Yer üzərindəki torpaqlar isə çoxdan bölüşdürülüb. Ona görə də alim qərara gəlib ki, öz dövlətini kosmosda qursun. "2016-cı ildə Montrealda kosmos qanunları mövzusunda konfransa qatılmışdım. Çıxışları dinlədikdə beynimdə bu ideya möhkəmləndi: yeni ölkə nədən kosmosda olmasın?”-Aşurbəyli deyib.


Beləlikə, Aşurbəyli öz dövlətini ötən il Vyanada rəsmən elan edib. Bu yaxınlarda isə "Asgardiya”nın parlamentini, hakimiyyətini formalaşdırmağa başlayıb. Onun bildirdiyinə görə hazırda hakimiyyətdə və parlamentdə 200-dən çox adam işləyir. "Asgardiya” ilk peykini ötən il kosmosa buraxıb. Növbədə digər peyklər var. "25 il ərzində ilk asqardiyalının kosmosda məskunlaşmasını gözləyirik”-o deyib.


Aşurbəyli bildirib ki, "Asgardiya”nın bütün xərclərini hələlik o özü şəxsi büdcəsindən təmin edir. Lakin qarşıdakı 25 il ərzində bu dövləti qurmaq üçün 2.5 trilyon avro xərclənəcək.


Azərbaycanlı milyarder hazırda "Asgardiya” vətəndaşlığı almaq üçün müraciət edənlərin sayı 240 min nəfərdən çox  olduğunu deyib. Müraciət edənlər əsasən ABŞ, Türkiyə, Hindistan və Çindəndir. Aşurbəylinin bildirdiyinə görə onun yeni dövləti əvvəlcə Yer üzündəki dövlətlərlə ikitərəfli münasibətlər yaradacaq, bundan sonra BMT-yə üzvlük üçün müraciət ediləcək.


Aşurbəyli onun dövlətində hamının bərabər olacağını və Yer üzündəki münaqişələrin "Asgardiya” dövlətinə daşınmayacağını deyir. Onun ikinci əsas məqsədi Yer üzündəki hər kəsin kosmosa sərbəst çıxış imkanlarına malik olmasıdır. Nəhayət Aşurbəylinin dövləti kosmosda formalaşan təhdidlərdən Yer planetini qorumaq məqsədi güdəcək. "Asgardiya” dövlətinin vətəndaşı olmaq üçün asgardia.space saytındakkı xüsusi formanı doldurmaq lazımdır. Aşurbəyli deyir ki, bu dövlətə vətəndaş olmaq hələlik pulsuzdur, amma gələcəkdə ildə 100 avro kimi simvolik məbləğ alınması planları var. Və kosmik dövlətin pasportu üzərində də iş gedir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol