Papaların eyni tarixdə Türkiyəyə səfər etmələrinin SİRRİ

Türkiyə mətbuatı Roma papalarının eyni tarixdə ölkəyə səfər etmələrinə dair faktları işıqlandırıb. ANN.Az xəbər verir ki, Papa Franseskonun sələfi Papa 16-cı Benedikt də 8 il əvvəl - 28 noyabr 1996-cı ildə, Papa II Jean Paul da 35 il əvvəl - 28 noyabr 1979-cu ildə Türkiyəni ziyarət edib. Ziyarətlərin eyni tarixə tuş gəlməsinin səbəbi belə açıqlanıb: 30 noyabr Rum Patriarxiyasının qurulması ilə bağlıdır. Belə ki, Rum Patriarxı Athenagoras ilə Papa 6-cı Paul 1964-cü il yanvarın 5-də Qüds Zeytun Dağında bir araya gəlib. Görüşmədən sonra Katolik və Ortodoks kilsələri arasındakı buzlar əriməyə başlayıb. Kilsə liderlərinin tarixi razılaşmasıyla sevgi və inanc qanunları olaraq dialoq müddətinə start verilib. Bu razılaşmadan sonra papaların İstanbula, patriarxların isə Romaya rəsmi səfərləri razılaşdırılıb.Bu çərçivədə papaların Türkiyəyə ziyarəti Rum Patriarxlığının qurucusu olduğuna inanılan Əziz Həvari Andreasın yortusuna (müqəddəs həftəlik) görə 29-30 Noyabr tarixləri seçilir. Bu il də Papa Franseskonun Türkiyə səfəri təsadüfi seçilmiş bir tarixdə deyil.ANN.Az
























