• $
  • €
  • ₽
  • ₺
  • £

Adnan Oktarın 7 ay əvvəl hazırladığı inanılmaz qaçış planı

Adnan Oktarın 7 ay əvvəl hazırladığı inanılmaz qaçış planı
23.07.2018 22:26
Türkiyədə özünü din xadimi kimi təqdim edən və həbs edilən Adnan Oktarın təşkilatındakı "kediciklər”in yatağının altından tapılan pulların sirri açıqlanıb.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, "kediciklər”in yatağının altından tapılan 40 min lirə pulun Adnan Oktar tərəfindən qaçış məqsədilə verildiyi məlum olub.

İddiaya görə, o, yuxarı instansiya məhkəmənin 7 ay əvvəl onun haqqında yerli məhkəmədə qəbul edilən qərarı ləğv etməsindən sonra aparılacaq polis əməliyyatlarına qarşı belə bir addım atıb. Həmin qərarın ləğvindən sonra Oktar təşkilatında polis əməliyyatlarına qarşı plan hazırlanıb. "Kediciklər”in yatağının yanında iki silah tapılıb. Həmin pullar və silahlar "kediciklər”in polis əməliyyatı zamanı qaçması üçün nəzərdə tutulub.

Adnan Oktar və Didəm Ürər də saxlanılarkən yanlarındakı çantada 40 min lirə və yüksək miqdarda valyuta aşkarlanıb.

Aparılan araşdırmalar zamanı A.Oktarın da polis hücumunı nəzərə alaraq hər zaman pul dolu çantanı yanında saxladığı məlum olub. Onun 3 qaçış planı hazırladığı aşkarlanıb.

Diqqət çəkən daha bir detal A.Oktara aid olan pul kassasıdır. Lakin polis basqını zamanı həmin kassa tapılmayıb. Həyətdə basdırıldığı ehtimal edilib, lakin axtarışlar hələ ki, nəticə verməyib. Həmin kassanın təşkilatda etibar etdiyi şəxslər tərəfindən gizli bir yerdə basdırıldığı ehtimal edilir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol