Rusiya kəşfiyyatı Amerikanı qaranlığa qərq etməyə hazırlaşır

Rusiya ilə əlaqəli olan hakerlər Amerikanın elektrik şirkətinin kompüter şəbəkəsinə daxil olublar və nəzəri baxımdan Birləşmiş Ştatları qaranlığa qərq etmək imkanındadırlar. Virtualaz.org xəbər verir ki, bu haqda "The Wall Street Journal” yazır.
Hakerlər elektrik enerjisi operatorunun partnyorlarına hücum etməklə şəbəkəyə girə biliblər. Onlar aldatma yolu ilə zəruri parolları əldə ediblər və dispetçer xidmətinin kompüterlərinə çıxış imkanı qazanıblar. Nəticədə onlar elektrik enerjisinin verilməsini dayandırmaq üçün nəzəri imkanlara malik olublar.
Bundan əvvəl ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi dəfələrlə Rusiyaya bağlı hakerlərin ölkənin elektrik şəbəkəsinə müdaxiləsi təhlükəsi barədə xəbərdarlıq edib. İndiyədək hakerlərin yüzlərlə şirkətin şəbəkəsini sındırdıqları bildirilir. Üstəlik qurbanların bir çoxu bu barədə bilmir.
www.anews.az
























