İŞİD-də ağır itki - iki məşhur lider öldürüldü - FOTO

ANN.Az "Al-Jazeera"ya istinadən xəbər verir ki, ötən gecə YPG (Xalq Qoruma Birlikləri - kürdcə YPG - red.) qüvvələri qarşıdurma nəticəsində İŞİD yaraqlıları Kobaninin (Aynel Ərəb) şərq və cənub-şərq tərəfində sıxlaşdırılmağa başlayıb.Döyüşlərdə İŞİD-in iki yüksək səviyyə komandiri - Əli Ənsar və Məhəmməd Mısri öldürülüb. Koalisiya təyyarələri gecə boyunca Kobaninin iki bölgəsinə hava hücumu təşkil edib. Hücumlar Kobaninin şərqində olan bələdiyyə meydanına yaxın bir nöqtəyə tuşlanıb.Qaynaqlara görə, Mıştenur Təpəsində və Kobaninin qərbindəki nöqtələrdə əhəmiyyətli bir dəyişiklik yox.Bu arada Kobani əyalətinin xəritəsi yayımlanıb. Orada İŞİD-in nəzarəti altında olan bölgə göstərilib. PYD - Suriyada fəaliyyət göstərən kürd partiyasıdır - Demokratik Birlik Partiyası - kürdcə PYD.ANN.Az

























