Yunanıstandakı dəhşətli yanğında ölənlər arasında azərbaycanlı varmı? - XİN AÇIQLADI

Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.
Publika.az-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Hikmət Hacıyev deyib ki, Azərbaycanın Yunanıstandakı səfirliyi davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır.
www.anews.az
























