TEHRAN BAZARI: Şəkilli təəssüratlar

Köhnə Tehran bazarı – bu ölkənin öz-özlüyündə tarixi və etno-mədəni diqqətəlayiq yeridir. Onun çoxsaylı ticarət mərkəzlərini gəzmədən, heç bir turist İrandan getmir. Mən də günümün bir hissəsini Tehran bazarına həsr etdim. Oradan şərq ədviyyatları, yaşıl və qara çay aldım. Ayaqqabı, şalvarlar, sürücü əlcəkləri axtardım. Bütün bunlar olsa da, heç biri mənim zövqümcə olmadı, ona görə də mən torba dolusu ədviyyatlarla və çayla İrandan qayıtdım.Tehran bazarında birlikdə gəzməyi təklif edirəm. Şərhlər burada ən minimal ola bilər. Görünən dağa nə bələdçi.
İstənilən böyük bazarın yanında tacirlərin və alıcıların dua etməsi üçün mütləq böyük məscid var.
İstəniləndən məscidin yanında dəstəmaz almaq üçün yerlər var.
Məscidin girişində, xalçanın üzərində uzanmaq, istirahət etmək və hətta doyunca yatmaq olar. Heç kim səni qovmayacaq.
Diqqət edin: solda qadın cinsi predmetləri açıq satılır. İslam dövlətində bu, mümkün imiş.
Mehriban azərbaycanlı çayxanaçı mənə iki stəkan yaxşı çay verdi, üçüncüsünü isə hədiyyə etdi. Dedi ki, hər gün Bakı televiziyasına baxır və bu, onun çox xoşuna gəlir.
Bazar küçələrində malları motosikllərdə daşıyırlar
Və Hamballar
Burada məşhur İran xalçaları satılır. İranda ən yaxşı xalçaları isə Təbrizdə toxuyurlar. Təbriz xalçaları İran şahlarının saraylarını bəzəyib.
Bazarın yanında küçə qızıl birjasının səs-küyü eşidilir
Hambal alınmış malı daşıyır
Fayton bazara paralel olan küçə boyu işləyir
Elə bu cür avtoqatar Bakı bulvarında istirahət edənləri daşıyır
Bazarın yanında maraqlı personajlar
Bazarın yanında İran televiziyası süjet çəkirdiKamal ƏliANN.Az
























