İŞİD-in yeni qurbanı - FOTO

İŞİD terror qruplaşması növbəti edam videosunu yayımlayıb.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD silahlılarının bu dəfəki qurbanı Amerikalı təcili yardım işçisi Abdul-Rahman Kassiq olub. Onun ailəsi hindistanlıdır.Əgər onun ölümü təsdiqlənərsə, 26 yaşlı Abdul-Rahman Kassiq qərb ölkələrindən beşinci öldürülən əsir olacaq. Ondan əvvəl Britaniyalı Alen Henning, David Haines, amerikalı jurnailst Ceyms Fouli və Stiven Sotloff öldürülmüşdü.Abdul-Rahman Kassiq təcili tibbi yardımın işçisi kimi treninq keçimişdi. O, 2012-ci ilin mayında Leobnana səfər etmişdi. Kassiq sərhəd bölgəsində Fələstin və Suriyadan gələn qaçqınların müalicəsi ilə məşğul olub.
Həmin il o "Xüsusi təcili yardım" təşkilatı yaradıb və Suriya Türkiyə sərhədinə gedib. O, təşkilatı ilə Suriya daxilində zərərçəkmiş sivillərə yardımlar edib. Kassiq təşkilatın işini davam etdirərkən, 2013-cü ilin oktyabr ayında Suriyanın şərqinə səfəri zamanı əsir götürülmüşdü.
ANN.Az























