Trampa yeni qadağa: NATO-dan çıxa bilməz!

ABŞ senatoru Con Makkeyn Prezident Donald Trampa NATO-dan çıxmağı qadağan etmək təklifi ilə çıxış edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "T-online” saytı yayıb. Artıq Makkeynin bununla bağlı Senata qanun layihəsi təqdim etdiyi bildirilir. Layihəyə əsasən, ABŞ prezidenti NATO-nu Konqresin icazəsi olmadan tərk edə bilməz.
Makkeyn belə bir addımı Trampın Vaşinqtonun NATO-dakı müttəfiqlərinə qarşı pis münasibət göstərməsi ucbatından atdığını bildirib. O, məhz NATO-nun ABŞ-ı uğurlu və təhlükəsiz ölkə etdiyini bildirib.
www.anews.az
























