Soçidə Suriya görüşləri başlayır – 10-cu raund

Soçidə bu gün Astana formatı əsasında Suriya üzrə sülh danışıqlarının 10-cu mərhələsi baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti” agentliyi yayıb. Agentlik görüş üçün artıq Soçiyə Suriya nümayəndə heyətinin gəldiyini bildirib. Bu nümayəndə heyətinə Suriyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Bəşər Cəfəri rəhbərlik edib. Suriya müxalifətinin görüşə Əhməd Tomanın rəhbərliyi ilə qatılması nəzərdə tutulub.
Görüşdə Rusiyanı Xarici İşlər nazirinin müavini Aleksandr Lavrentyev, Türkiyəni Xarici İşlər nazirinin müavini Sədat Önal, İranı isə Xarici İşlər nazirinin köməkçisi Hüseyn Ənsarinin təmsil edəcəyi vurğulanıb.
Rusiya Xarici İşlər Nazirliyi görüşə həmçinin BMT-nin Qaçqınlarla iş üzrə ali komissarını da dəvət edib.
www.anews.az
























