Qadın özünə ərə getdi - Qəribə toy - VİDEO

Hesab edirəm ki, nə zamansa qura biləcəyim ən ciddi və ən dayanıqlı təmaslar elə özümlə olan münasibətlərdir. Çünki insanın özü ilə münasibətləri onun başqaları ilə ünsiyyətinin formasını və səviyyəsini müəyyənləşdirir.
Avstraliyanın Qold Kost bölgəsində yaşayan NLT təlimçisi, 34 yaşlı Linda Doktar belə deyir.
Anews.az milli.az-a istinadən bildirir ki, Linda dünən ailə həyatı qurub və kəbinin rəsmiləşdirib.
O, özünə ərə gedib.
Çimərlikdəki nikah mərasimində Linda tək idi.
O, qırmızı "xalı"dan keçərək rəfiqəsinin yanına gedib.
Ənənəvi nikah mərasimlərində keşiş əlində Bibliya tutursa və gəlin də Bibliyanı öpərək ərinə sonadək sədaqətli olacağına and içirsə, Linda rəfiqəsinin tutduğu güzgüdə özünə baxaraq "Özümə sadiq qalacağam" deyərək and içib.
Linda Doktarın ən yaxın rəfiqəsi, 33 yaşlı Emmacin Lav da özü ilə kəbin kəsdirib.
www.anews.az
























