• $
  • €
  • ₽
  • ₺
  • £

İran ABŞ-la danışıqlardan imtina etdi

İran ABŞ-la danışıqlardan imtina etdi
30.07.2018 22:20
İran Xarici İşlər Nazirliyi Vaşinqtonun Tehrana qarşı düşmən siyasət apardığını bəyan edərək, yaxın gələcəkdə ABŞ-la danışıqların aparılmasını istisna edib.

AzVision.az "Fars” agentliyinə istinadən bildirir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi məlumat verib. 

"ABŞ-ın siyasəti hansısa qarşılıqlı fəaliyyət və danışıqlar üçün imkan vermir. Vaşinqton göstərdi ki, etibar olunmağı haqq etmir. Ola bilsin ki, ABŞ-ın bəzi nümayəndələri danışıqlara başlamaq istəklərini bildirirlər. Lakin hazırkı vəziyyəti və Vaşinqtonun davam edən düşmən siyasətini nəzərə alsaq, danışıqlar üçün ilkin şərait yoxdur”, - deyə Qasımi vurğulayıb. 

Qeyd edək ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək. 

Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını da tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. 

ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, İranla yeni və daha yaxşı nüvə müqaviləsi bağlamağa hazırdır. Lakin bunun üçün Tehran Vaşinqtonun tələblərini yerinə yetirməlidir. Bu tələblər isə ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunları çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol